Lüksün Yeni Tərifi – Mərmərdə İncə Zövq

Yalnız seçilənlərin seçimi – premium mərmər kolleksiyalarımızla fərqinizi göstərin. İstər interyer, istər eksteryer üçün – parlaq və təbii gözəllik sizinlə!

EHA Stone Haqqında

Təbiətin gözəlliyini daşda əks etdiririk.

“EHA Stone” – mərmər və təbii daş sahəsində Azərbaycanda fəaliyyət göstərən peşəkar şirkətdir. Biz illərin təcrübəsi, güvənli tərəfdaşlıq prinsipləri və yüksək keyfiyyətli məhsullarımızla tikinti və interyer dizayn sahələrində öz mövqeyimizi möhkəmləndirmişik.

Məqsədimiz – hər layihəyə təbii gözəllik və uzunömürlü estetik qatmaqdır. Zəngin mərmər çeşidləri, müasir emal texnologiyaları və peşəkar komandamızla, fərdi və korporativ müştərilərimizin bütün tələblərinə uyğun həllər təqdim edirik.

Xidmət sahələrimiz:

  • Mərmər və qranit satışı

  • Layihə üzrə kəsim və montaj

  • Mətbəx üstlükləri, pilləkənlər, divar və döşəmə örtükləri

  • Fərdi dizayn və interyer həlləri

EHA Stone olaraq, keyfiyyətə və müştəri məmnuniyyətinə verdiyimiz önəmlə bazarda seçilən bir ad olmağı hədəfləyirik. Təbiətin yaratdığı ən gözəl formaları məkanlarınıza daşımaq üçün bizə etibar edin.

Əlaqə:
📍 Ünvan: Binəqədi rayonu, Zəngəzur Şadlıq Sarayının arxası
📱 Sosial şəbəkələrdə bizi izləyin: @eha.group